Xidmətlərimiz 2016-12-14T08:31:28+00:00

Xidmətlərimiz

Veb səhifələrin
sıfırdan qurulması

Tam ixtisaslaşmış komandamız web standartlarına uyğun unikal kodlar hazırlayır. Hazırlanmış kodlar web səhifənin sürətli və effektiv işləməsi üçün praktikada sınaqdan keçirildikdən sonra tətbiq edilir.

İdarəetmə panellərinin
tətbiqi (CMS)

Dünyanın ən məşhur idarəetmə panellərinə uyğunlaşdırılaraq xüsusi dizayn etdiyimiz web səhifələrə kodlaşdırma biliyinə gərək duymadan asan və effektiv üsulla yeni məlumatlar daxil edə, əvvəlki məlumatlarınızı dəyişdirə və ya silə bilərsiniz.

Mövcud veb səhifənin
dizayn edilməsi

Web səhifə bütün biznes və orqanizasiyalar üçüb vacib vasitədir. Dizayn etdiyimiz web səhifələr modern standartlara uyğun olmaqla yanaşı, səhifədəki informasiyaların, mövzuların, rənglərin və tipoqrafiyanın ahəngini təşkil edir.

Axtarış motorları
optimizasiyaları (SEO)

Web səhifənizi necə tapacaqlar? Web səhifənin axtarışlarda orqanik üsulla ön sıralarda çıxması möcüzə deyil. Axtarış sözlərini düzgün seçmək və səhifəni axtarış motorlarına uyğun düzgün indeksləməklə bu problemi aradan qaldırırıq.

Google reklamlarının
planlanması və təşkili

Email oxuduqda, xəbərlərə baxdıqda reklamlarla qarşılaşırsınız. Google-da nə isə axtararkən ilk sıralarda axtardığınız mövzuya uyğun reklamları görə bilərsiniz. Məhz bu reklamlar Google reklamlarıdır. Bu sahədə təcrübəli marketinq mütəxəssislərimiz sizin reklamlarınızı təşkil etməyə hazırdır.

Sosial Media
Menecment (SMM)

SMM – biznes məqsədlərinin üst səviyyəyə çatdırılmasında kompleks və çoxistiqamətli rol oynayır. SMM operatorluğu mövzunu sadəcə post etməkdən ibarət deyil. SMM operator sosial media marketinq təcrübəsi olmaqla yanaşı, qrafik anlayışı olan, mövzunu düzgün yazmaq bacarığına malik, müştəri suallarını vaxtında və dolğun cavablandıra bilən olmalıdır. Bu istiqamətdə əldə etdiyimiz yüksək nəticələr və təcrübələrimiz SMM-i xidmət sahəmizdə aid edir.